Çempionlar Turu: Məmmədyarov Aronyanla növbəti görüşünü keçirəcək

Çempionlar Turu: Məmmədyarov Aronyanla növbəti görüşünü keçirəcək
4 Avqust 2021
Mətni dəyiş

Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də 1/4 finalın digər görüşləri keçiriləcək.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir.

36 yaşlı qrossmeyster ilk oyun günündə rəqibinə 0,5:2,5 hesabı ilə uduzub. Məmmədyarov bu gün rəqibinə qalib gəlsə, tay-breyk oynanılacaq.

Çempionlar Turu

1/4 final cütləri

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 0,5:2,5

Uesli So (ABŞ) - Yorden Van Forest (Niderland) - 2:2

Alireza Firuzca (FIDE) - Le Kuanq Lyem (Vyetnam) - 1:3

Hikaru Nakamura (ABŞ) - Vladislav Artemyev (Rusiya) - 2:2

Onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun