Azərbaycan dövlətinin xarici borcu azalıb, daxili borcu artıb

Azərbaycan dövlətinin xarici borcu azalıb, daxili borcu artıb
26 Avqust 2021
Mətni dəyiş
Bu il iyulun 1-nə beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanan kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 839 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 16.6 faizinə bərabərdir. Nazirlik bildirir ki, dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilən dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764.4 milyon ABŞ dolları olub. "Ümumilikdə xarici dövlət borcu 8 milyard 603 milyon ABŞ dolları (14 milyard 625.7 milyon manat) və ya ÜDM-in 18.2 faizini təşkil edib", - məlumatda yazılıb. Açıqlamaya görə, həmin tarixdə birbaşa daxili dövlət borcu 2 milyard 495.2 milyon manat, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 231.1 milyon manat (Toplam 2 milyard 726.3 milyon manat) olub. Altı ay öncə… Nazirliyin açıqlamasına görə, altı ay öncə, ilin əvvəlinə beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanan kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 milyard 100.4 milyon ABŞ dolları idi. Dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilən dövlət zəmanətləri üzrə şərti öhdəliklərin isə 721.1milyon ABŞ dolları olduğu vurğulanırdı. "Ümumilikdə xarici dövlət borcu 8 milyard 821.5 milyon ABŞ dolları (14 milyard 996.5 milyon manat) və ya ÜDM-in 20.7 faizini təşkil edib". İlin əvvəlindən isə daxili borc artıb. Bu il yanvarın 1-də daxili dövlət borcu ümumilikdə 1 milyard 942.1 milyon manat idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun