Qubad İbadoğlu: "Tarif Şurası kökündən yanlış danışır"

Qubad İbadoğlu: "Tarif Şurası kökündən yanlış danışır"
2 İyul 2021
Mətni dəyiş

Tarif Şurasının iyunun 30-da verdiyi qərara əsasən, təbii qazın qiyməti artıb. Dəyişikliyə görə, illik qaz istehlakı 1200 kubmetrdən (m3) çox olan əhali 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, indiyədək əhali abonentlərinə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilib.

Bununla yanaşı, Tarif Şurasının yeni qərarı ilə qeyri-əhali və qeyri-istehsal sahələri istisna olmaqla, elektrik enerjisinin verilməsində gecə və gündüz tarifləri müəyyən edilib. "Böyük ehtimalla bu, Azərbaycanda "Bitcoin" istehsalı üçün şərait yaratmaq məqsədi daşıyır" İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, elektrik enerjisinin istehsal obyektləri üçün də artım nəzərdə tutulmayıb. Onun sözlərinə görə, buna görə də insanlara hansısa bir təsirdən söhbət gedə bilməz. "Sadecə informasiya istehsalı ilə məşğul olan mərkəzlərdə elektrik enerjisi gecə və gündüz tariflərinə keçib. Gecə tarifləri də gündüz tariflərindən aşağı müəyyənləşdirilib. Bu da çox böyük ehtimalla Azərbaycanda "Bitcoin" istehsalı üçün şərait yaratmaq məqsədi daşıyır", - deyə o, bildirib. "1 kubmetrinə 10 qəpik ödəyən istehlakçıların yarısı indi 20 qəpik ödəyəcək" Tarif Şurasının qazın yeni limitinin əhaliyə təsirsiz ötüşəcəyinə dair açıqlamasına da toxunan ekspert bildirib ki, tarif şurası kökündən yanlış danışır. Onun sözlərinə görə, aşağı tariflə olan limit əvvəl 2200 kubmetr idi, indi 1200-dür. "Bu da o deməkdir ki, əvvəllər qazın 1 kubmetrinə 10 qəpik ödəyən istehlakçıların yarısı indi 20 qəpik ödəyəcək. Bu, istənilən halda onların xərclərinin 2 dəfə artması deməkdir. 2500 kubmetrdən artıq qaz istehlak edənlər isə 25 qəpik ödəyəcəklər. Bu da təbii ki, xərclərin artımı deməkdir. İndiki halda həm limitin aşağı salınması, həm də tariflərin üçüncü səviyyəsinin müəyyənləşdirilməsi əhalinin xərclərini kəskin şəkildə artıracaq. Birincidə 2 dəfə artır, ikincidə isə 2,5 dəfə. Ona görə də Tarif şurasının qərarı nə iqtisadi, nə riyazi, nə də məntiqi baxımdan düzgün deyil. Sadecə yalan üzərində qurulub", - deyə Qubad İbadoğlu bildirib. "Əhalinin ən azı 65-70%-i yeni qaydalara əsasən limiti keçəcək"

İqtisadçı Natiq Cəfərli isə Mikroskop Mediaya bildirib ki, 2020-ci ilə olan məlumatlara əsasən, əhalinin 21%-i 2200 m3 təbii qaz istehlakı limitini keçib. Ekspertin hesablamasına görə, əhalinin ən azı 65-70%-i yeni qaydalara əsasən limiti keçəcək:

[caption id="attachment_49860" align="aligncenter" width="1280"] Natiq Cəfərli[/caption]

Elektrik stansiyalarına verilən təbii qazın tarifi də 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə qaldırılıb. Ticarət, xidmət və digər sahələrdə istifadə olunan təbii qazın da qiyməti 5 qəpik artırılıb – bu isə demək olar ki, bütün sahələrdə qiymət artımı dalğası gətirəcək.  Bundan sonra kommersiya müəssisələri üçün elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.

Tarif Şurasının illik təbii qaz istehlakının tariflərinin qaldırılması ilə bağlı qərarı bu gündən qüvvəyə minib. Bu ilin əvvəlində, yanvarın 4-də də qurum SOCAR-ın təklifi ilə qiymət artımını müzakirə etsə də bunu məqsədə uyğun hesab etməmişdi.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun