Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8 faizə yaxın azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8 faizə yaxın azalıb
15 İyul 2021
Mətni dəyiş

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş vəsait illik müqayisədə 7,6 faiz azalaraq 5 919,4 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 6 ay ərzində qeyri neft-qaz sektoruna 3 178,2 milyon manat investisiya qoyulub ki, bu da 1 il əvvələ nisbətən 11,3 faiz azdır.

O cümlədən qeyri-neft-qaz sənayesinə investisiya qoyuluşu 29,1 faiz azalaraq 479 milyon manat olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun