Şəhriyar Məmmədyarov FIDE reytinqində irəlilədi

Şəhriyar Məmmədyarov FIDE reytinqində irəlilədi
30 İyun 2021
Mətni dəyiş

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

İlk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov iki pillə irəliləyərək 2782 xalla 6-cı sırada qərarlaşıb. Teymur Rəcəbov isə 2 763 xalla 10-cu yerdəki mövqeyini qoruyub.

Qədir Hüseynov (2665) 2 pillə irəliləyərək 72-ci ola bilib. 11 pillə geriləyən Nicat Abbasov (2656) isə 84-cü yerlə kifayətlənib. Rauf Məmmədov 3 addım irəliləyib və 87-ci sıradadır.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2806) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2460) 4 pillə irəliləyərək 25-ci, 5 pillə irəliləyən Gülnür Məmmədova 2385 xalla 77-ci olub. Xanım Balacayeva (2376) isə 91-cı sıradakı mövqeyini qoruyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun