DSX-nin hesabına köçürüləcək məbləğ artırıldı

DSX-nin hesabına köçürüləcək məbləğ artırıldı
25 İyun 2021
Mətni dəyiş
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Dəyişiklikliyə əsasən, hər ay gömrük ödənişlərinin 450 000 manatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hesabına köçürüləcək. Bundan əvvəl, DSX-nin hesabına köçürülən vəsait 250 000 manat idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun