Türkmənistanın Axalski bölgəsinin Baxarden rayonunda təkbətək döyüş stilində keçirilən idman yarışının 14 yaşlı qalibi Süleyman Tursunbayev yarışdan sonra kimliyi bilinməyən idmançı cüssəli şəxslər tərəfindən oğurlanaraq ölümcül döyülüb.
Fevral ayının əvvəlində Süleyman Tursunbayev Baxarden şəhərində cüdo üzrə yarışda iştirak edib. Yarışdan əvvəl ona təklif olunub ki, Türmənistan prezidentinin qohumu olan və Türkmənistan Daxili İşlər Nazirliyinin nəzdində ali məktəbin kursantı olan rəqibinə məğlub olsun. Ancaq Süleyman öz gücünə inanaraq iddialı davranıb və rəqibinə qalib gəlib. Nəticədə o öz çəki dərəcəsində birinci yerə çıxaraq diplom alıb.
14 yaşlı gəncin sevinci çox çəkməyib, turnir bitən kimi naməlum adamlar ona və məşqçisinə hücum ediblər, gənci isə naməlum istiqamətə aparıblar.
Turkmen.news saytının məlumatına görə, Tursunbayev döyüləndən sonra küçəyə atılıb. Küçədən keçənlər təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar, ancaq həkimlər kiçik Süleymana yardım göstərməkdən imtina ediblər. Həkimlər onu 500 km aralıda yaşadığı Daşoğuz vilayətinə aparmağı məsləhət görüblər. Uşağı öz rayonlarına aparsalar da onu xilas etmək mümkün olmayıb. Süleyman Tursunbayev hadisədən bir neçə gün sonra həyatını dəyişib.
Uşağın valideynləri prezidentə müraciətlərində deyirlər ki, "Bizim uşağımızı bir neçə adam döyüb, o elə hala salınıb ki, xəstəxanaya çatdıranda bədəninin hər yeri zədələnmişdi, daxili orqanları əzilmiş, beyni silkələnmişdi".
Uşağın valideynləri Türkmənistan prezidentindən günahkarların cəzalandırılmasını istəyiblər.
[caption id="attachment_96729" align="alignleft" width="950"]
