Çin türklər yaşayan bölgələrdə yeni qaz ehtiyyatları tapıb

Çin türklər yaşayan bölgələrdə yeni qaz ehtiyyatları tapıb
21 Dekabr 2020
Mətni dəyiş

Çinin Sincan bölgəsində 109 milyard kubmetrlik təbii qaz ehtiyatları tapılıb.

Bu barədə Çinin PetroChina şirkətinin Sincan şöbəsinin baş direktoru Huo Cin məlumat verib. Məlumata görə, bölgədəki Cunggar hövzəsinin cənubundakı ilk qazma işləri çərçivəsində 109 milyard kubmetr təbii qaz ehtiyatı tapılıb.

Huo qaz kəşfiyyat sahəsinin hövzəsindən 156 kvadrat kilometr cənub ərazini əhatə etdiyini və gündəlik ehtiyatdan 610.000 kubmetr təbii qaz və 106.3 kubmetr xam neft çıxarmağı düşündüklərini bildirib.

Çinin şimal-qərbindəki Uyğur bölgəsi qızıl, platin, gümüş, uran və kömürlə yanaşı, bir çox yeraltı sərvətə malikdir.

PetroChina şirkəti 2019-cu ilin oktyabr ayında bölgənin cənubunda apardığı kəşfiyyat işində də 115,3 milyard kubmetr təbii qaz ehtiyatı tapmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun