Çin 2028-ci ilə qədər dünyanın ən böyük iqtisadi gücünə çevriləcək

Çin 2028-ci ilə qədər dünyanın ən böyük iqtisadi gücünə çevriləcək
28 Dekabr 2020
Mətni dəyiş
İngiltərədə fəaliyyət göstərən İqtisadiyyat və İş Dünyası Araşdırma Mərkəzi (CEBR), Çin Xalq Cumhuriyyətinin 2028-ci ildə ABŞ-ı keçərək dünyanın ən böyük iqtisadi gücü olacaq ölkəsinə çevriləcəyi proqnozunu verib. CEBR-in keçən həftə yaydığı illik hesabatında deyilir ki, Çin koronavirus pandemiyası üzündən yaranan iqtisadi böhranın öhdəsindən ABŞ-la müqaisədə daha sürətli və güclü şəkildə gəlir. Hesabatda deyilir ki, "Covid-19 pandemiyası və bunun iqtisadi təsirləri ABŞ-la rəqabətdə Çini daha güclü bir ölkəyə çevirir". Belə ki, xəstəliyə qarşı görülən sərt tədbirlər Çinin iqtisadiyyatını  bu dövrdən daha az zərər çəkərək çıxmasına səbəb olacaq. Çin keçən il 14,4 trilyon dollarlıq Ümumi Daxili Məhsul istehsalı ilə ABŞ-dan sonra ikinci yeri tutmuşdu. ABŞ-ın 2019-cu il üçün ÜDM-si isə 21,4 trilyon dollar olmuşdu. Acaq CEBR təşkilatının proqnozuna görə Çin iqtisadiyyatı 2021-2025-ci illər arasında hər il ortalama 5,7 faiz, 2026-2030-cu illərdə isə hər il 4,5 faiz böyüyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun