Azərbaycan Mərkəzi Bankı 830 şəhidin adına olan kreditləri silib

Azərbaycan Mərkəzi Bankı 830 şəhidin adına olan kreditləri silib
22 Dekabr 2020
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı bəyan edib ki, 44 günlük vətən müharibəsi ərəfəsində həyatını itirən şəhidlərin kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizin silinməsini təmin edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. AMB həmçinin bildirib ki "Eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Bank olmayan kredit təşkilatları da bu prosesdən kənarda qalmayıb və onlar da qeyd olunmuş əhali qrupları üzrə kreditlərin tam silinməsini təmin edib. Şəhidlərin ləğv prosesindəki banklar üzrə olan borcları da güzəştdən kənarda qalmayıb. Bu borc öhdəliklərinin silinməsi ilə bağlı məsələ bu günlərdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müzakirəsinə çıxarılacaq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun