Avropa Birliyi ölkələri İngiltərə ilə ticarət müqaviləsini imzalayıb, sabah Türkiyə də imzalayacaq

Avropa Birliyi ölkələri İngiltərə ilə ticarət müqaviləsini imzalayıb, sabah Türkiyə də imzalayacaq
29 Dekabr 2020
Mətni dəyiş

Tərəflər yanvarın 1-dən etibarən ticarətin gömrük rüsumu və kvotası olmadan davam etdirilməsi barədə razılığa gəliblər.

Avropa Birliyinə üzv dövlətlər yekdilliklə İngiltərə ilə ticarət müqaviləsinin 1 yanvar tarixində qüvvəyə minməsini təsdiqləyiblər.

Almaniyanın Avropa Şurasındakı sədrinin sözçüsü Sebastian Fischer AB üzv ölkələrinin Brüsseldəki daimi nümayəndələrini bir araya gətirən Coreper görüşü ilə bağlı sosial media hesabında açıqlama verib.

Görüşdə AB ilə İngiltərə arasındakı Brexit sonrası ticarət əlaqələrini müəyyən edəcək razılaşmanın müzakirə olunduğuna diqqət çəkən Fişer, "Brexit razılaşmasına yaşıl işıq yandırıldı. AB ölkələrinin səfirləri yekdilliklə AB-İngiltərə Ticarət və Əməkdaşlıq Sazişinin 1 yanvar tarixindən etibarən tətbiq edilməsini təsdiqlədilər", - deyə bildirib.

Sazişin İngiltərə Parlamenti və Avropa Parlamenti (AP) tərəfindən də təsdiqlənməsi gözlənilir.

Brexit əməliyyatı

İngiltərədə 2016-cı ilin iyun ayında keçirilmiş AB referendumunda Brexit qərarı yüzdə 48 səsə qarşı yüzdə 52 səslə qəbul edilib.

31 yanvarda AB-dən rəsmi olaraq çıxan İngiltərə Avropa Birliyi ilə ikitərəfli münasibətlər, xüsusilə ticarət mövzusunda geniş danışıqlar aparıb.

Tərəflər ticarətin yanvarın 1-dən etibarən gömrük rüsumu və kvotası olmadan davam etdirilməsi barədə razılığa gəliblər.

İngiltərə Ticarət Nazirliyi bildirib ki, sabah Türkiyə ilə İngiltərə sərbəst ticarət müqaviləsi imzalayacaq.

İngiltərə Ticarət Naziri Liz Truss müqavilənin ilk mərhələsinin Türkiyə ilə imzalanacağını, iki ölkə arasındakı mövcud ticarət əlaqələrini qorumağı hədəflədiyini bildirib.

"Türkiyə ilə daha iddialı, yaxın gələcəkdə iki ölkəyə xas bir ticarət müqaviləsi imzalamağa çalışırıq", - deyə İngiltərə Ticarət Naziri Liz Truss bildirib.

İki ölkə arasındakı ticarət dövrüyyəsinin həcmi 19 milyard lirə civarındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun