Qazaxıstanda qadınlar saçlarını keçəl qırxıb diktaturaya etiraz edirlər [Video]

Qazaxıstanda qadınlar saçlarını keçəl qırxıb diktaturaya etiraz edirlər [Video]
6 Noyabr 2020
Mətni dəyiş

Sosial şəbəkələrin Qazaxıstan seqmentində diktaturaya etiraz olaraq qadınların qeyri-adi aksiyası məhşurlaşıb.

Abzas xəbər verir ki, aksiya iştirakçıları saçlarını qırxır və videolarını internetdə yayımlayırlar.

Qadınlar bu etirazla ölkədəki özbaşınalıqlara, fundamental hüquqların kobud şəkildə pozulmasına diqqət çəkmək istəyirlər:

"Mən 'Qazaxıstan' adlı bir həbsxanada, həqiqətin ekstremizm kimi qəbul edildiyi, bloqqerlərin öldürüldüyü və bütün dünya qarşısında gülünc vəziyyətdə qalan bir ölkədə yaşayıram. Söz azadlığını və həqiqi müxalifətin dinc mitinq hüququnu tələb edirəm. 405-ci maddəyə, görüntü naminə keçirilən seçkilərə və diktaturaya qarşıyıq".

Həmçinin, onlar "hüquqsuzluğa" qarşı çıxır və Qazaxıstanda repressiyalarda iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini tələb edirlər.

"Bu ruhumun fəryadıdır! Bu mənim kömək siqnalımdır! Mən hamı üçün ədalət və bərabərlik tərəfdarıyam! Sevginin, layiqli bir həyatın tərəfdarıyam! Mən azad Qazaxıstanın tərəfdarıyam! Ədalətli Qazaxıstanın tərəfdarıyam" - deyə qadınların müraciətində deyilir.

Ölkənin müxtəlif bölgələrindən fotolarını paylaşan vətəndaşlar aksiyanı dəstəkləməkdə davam edirlər.

[embed]https://www.youtube.com/watch?v=Zx1zCC7cEtY&feature=emb_title[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun