Xankəndidə kilsəyə sığınanlar

Xankəndidə kilsəyə sığınanlar
9 Oktyabr 2020
Mətni dəyiş
[embed]https://youtu.be/k5qnw0ix3QU[/embed]

Bu insanlar Xankəndidə məskunlaşmış etnik ermənilərdir.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlayan döyüşlərdən sonra onlar evlərini tərk etməli olublar.

Onlar hazırda bu kilsəyə sığınıblar.

Müstəqil fotoqraf Gabriel Chaim onları çəkib.

Onlar hansı kilsəyə sığındıqlarının gizli saxlanılmasını istəyirlər. Qorxurlar ki, hədəfə çevrilərlər.

Cəbhənin Azərbaycan tərəfində də evlərini tərk etməyə məcbur qalmış yüzlərlə azərbaycanlı var.

Azərbaycan və Ermənistan başlayan döyüşlərə görə bir-birini ittiham edir.

Azərbaycan sentyabrın 27-dən bəri 1 şəhər və 25-dən çox kəndi işğaldan azad etdiyini deyir.

Beynəlxalq ictimaiyyət tərəfləri sülh danışıqlarına çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun