Deputat: "Uşaqpulu әtrafında müzakirәlәr aparılmalıdır"

Deputat: "Uşaqpulu әtrafında müzakirәlәr aparılmalıdır"
26 İyun 2019
Mətni dəyiş

Rusiyada aztəminatlı ailələrdə 1,5-3 yaşlı uşaqlara verilən müavinətin 50 rubldan 10 min rubla qaldırılacağı bildirilir (10 min rubl indiki məzənnəylə 158 dollara bərabərdir - A.R.).

Bu barәdә açıqlama verәn Rusiyanın baş naziri Dmitri Medvedevin sözlәrinә görә, iyulun 1-dən əlilliyi olan uşaqlara görə, dekretə çıxmış valideynlərə ödəniş də artırılacaq.

Azәrbaycanda isә 18 yaşına qədər uşaqlara verilən aylıq müavinət 2006-ci il yanvarın 1-dən dayandırılıb.

Həmin vaxt hökumət bunu ünvanlı sosial yardımların verilməsinin tətbiqi ilə izah etmişdi. Amma təkcə son iki ildə 100 mindən çox ailəyə verilən ünvanlı sosial müavinətin də kəsildiyi bildirilir.

Bir müddət öncə "uşaq pulu"nun bәrpası haqqında geniş danışılsa və bununla bağlı müxtəlif təkliflər səslənsə də bu, hələlik, baş vermәyib.

Bəs Azәrbaycanda uşaqlara aylıq müavinətin verilməsi məsələsi tamam gündəlikdən çıxıbmı, yoxsa belə müavinәtin bәrpası mümkündür?

[caption id="attachment_73986" align="aligncenter" width="800"] Deputat Musa Quliyev[/caption]

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitәsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi Musa Quliyev “Turan” agentliyinə bildirib ki, 18 yaşına çatmayan uşaqlar üçün müavinәtin verilmәsi son günlәr aktuallaşıb.

Onun fikrincə, bununla bağlı tәklifi Milli Mәclisin müzakirәsinә hökumәt tәqdim etmәlidir:

"Hökumәt dә "uşaq pulu" deyilәn müavinәtlә bağlı hesablamalar aparmalıdır, müәyyәnlәşdirmәlidir ki, onun verilmәsi nә dәrәcәdә uyğundur. Bu mәsәlәni müzakirә edәndә, hökumәtin imkanlarını nәzәrә almaq lazımdır". Deputat әlavә edib ki, Azәrbaycanda ünvanlı sosial yardıma daha çox üstünlük verilir vә kasıb olan ailәlәr bu yardımdan yararlana bilir: "Hәr halda uşaqlar üçün verilәn müavinәt mәsәlәsi әtrafında müzakirәlәr aparılmalıdır. Hesab edirәm ki, hәmin müavinәt çoxuşaqlı ailәlәrin vәziyyәtini yaxşılaşdıracaq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun