Ronaldo yırtıcı heyvan kimidir

Ronaldo yırtıcı heyvan kimidir
12 Aprel 2019
Mətni dəyiş

“Kriştiano Ronaldo çox səviyyəli futbolçudur. İstedadı ilə yanaşı, hirsi sayəsində də fərq yarada bilir”. Bu sözləri “Ayaks”ın futbolçusu Matteys de Liqt Çempionlar Liqasının 1/4 finalında “Yuventus”la keçirilən görüşdən sonra deyib.

Hollandiyalı müdafiəçi yerli mətbuata açıqlamasında Turin klubunun hücumçusu Kriştiano Ronaldo haqda maraqlı fikirlər səsləndirib: “O, yırtıcı heyvan kimidir. Kiçik bir boşluq tapdı və şansını sınadı. Qol epizodunda inanılmaz sürətli idi. İki futbolçunun arasından qaçıb, qol vurdu”. Xatırladaq ki, 1:1 hesablı bərabərliklə başa çatan görüşdə "Yuventus"un qolunu Ronaldo vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun