Kaqava "Beşiktaş"a qələbə qazandırdı

Kaqava "Beşiktaş"a qələbə qazandırdı
11 Mart 2019
Mətni dəyiş
Bu gün Türkiyə Superliqasında 25-ci turun daha 4 oyunu keçirilib. Çempionluq iddiasını davam etdirən "Beşiktaş" doğma azarkeşləri önündə "Konyaspor"u qəbul edib. Qapılara 5 qolun vurulduğu görüşdə "qara-qartallar" çətin qələbə qazanıblar. İstanbul klubuna 3 xal qazandıran qolu 90-cı dəqiqədə Sindzi Kaqava vurub.
Bu qələbədən sonra xallarını 44-ə çatdıran "Beşiktaş" 3-cü pillədəki yerini qoruyub. Hazırda onları lider "Başakşəhər"dən 13, 2-ci pillədəki "Qalatasaray"dan 2 xal ayırır. Qeyd edək ki, tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq. 10 mart "Alanyaspor" - "Ərzurumspor"- 2:1 Qollar: P. Sisse, 45 (1:0), Vellinton, 59-penalti (2:0), Q. Sunu, 77-penalti (2:1) "Rizəspor" - "Kayserispor" - 3:0 Qollar: V. Muriç, 22 (1:0), 66-penalti (3:0), B. Samudio, 56 (2:0) "Göztəpə" - "Kasımpaşa" - 0:0 "Beşiktaş" - "Konyaspor" - 3:2 Qollar: A. Lyayiç, 14 (1:0), Ö. A. Şahinər, 20 (1:1), B. Yılmaz, 34 (2:1), M. Fofana, 76 (2:2), S. Kaqava, 90 (3:2) 11 mart "Qalatasaray" - "Antalyaspor"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun