Güney Azərbaycan klubu "Traktor Sazi" liderliyə yüksəldi, amma...

Güney Azərbaycan klubu "Traktor Sazi" liderliyə yüksəldi, amma...
15 Mart 2019
Mətni dəyiş

İran futbol çempionatının əsas liqasının 22-ci turun oyunları keçirilib.

Güney Azərbaycan təmsilçisi “Traktor Sazi” evdə Xorasanın "Padideh" klubu ilə qarşılaşıb. Görüş Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Traktor" - "Padideh" - 1:0 Qol: Antoni Stokes, 22

Bu nəticədən sonra "Traktor Sazi" xallarını 43-ə çatdıraraq liderliyə yüksəlib. Amma "Persepolis" bir oyun az keçirməklə 42 xalla 2-ci, "Sepehan" isə 2 oyun az keçirməklə 41 xalla 3-cü yerdə qərarlaşıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun