"Qalatasaray" və "Sportinq" uduzdu, BATE isə Arsenalı məğlub etdi

"Qalatasaray" və "Sportinq" uduzdu, BATE isə Arsenalı məğlub etdi
15 Fevral 2019
Mətni dəyiş

Bu gecə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Ikinci oyun günündə 15 görüş keçiriləcək. Türkiyənin "Qalatasaray" klubu İstanbulda "Benfika"nı qəbul edib və 1:2 hesabı ilə  məğlub olub.

Qrup mərhələsində "Qarabağ"la mübarizə aparmış London "Arsenal"ı Belarusda BATE-nin qonağı olub və gözlənilmədən uduzub - 0:1. "Sportinq" isə Lissabonda "Vilyareal"la qarşılaşıb və 0:1  hesabı  ilə məğlub olub.

Avropa Liqası

1/16 finalın ilk oyunları

14 fevral

00:00. “Brügge” (Belçika) - “Zalsburq” (Avstriya) - 2:1 Qollar: Junuçoviç, 17 (0:1), Densvil, 64 (1:1), Vesli, 81 (2:1)

00:00. “Malmö” (İsveç) - “Çelsi” (İngiltərə) - 1:2 Qollar: Barkley, 30  (0:1), Jiru, 57 (0:2), Kristansen, 80  (1:2)

00:00. “Seltik” (Şotlandiya) - “Valensiya” (İspaniya) - 0:2 Qollar: Çerişev,42, Sobrino, 49

00:00. “Sportinq” (Portuqaliya) - “Vilyarreal” (İspaniya) - 0:1 Qol: Pedraza, 3 Qırmızı vərəqə: Akunya, 77 ("Sportinq")

00:00. “Sürix” (İsveçrə) - “Napoli” (İtaliya)- 1:3 Qollar: İnsinye, 11 (0:1),  Kallehon, 21 (0:2), Zielinski, 77  (0:3), Kololi,  83-pen (1:3)

00:00. “Şaxtyor” (Ukrayna) - “Ayntraxt” (Almaniya)- 2:2 Qollar: Hintereqqer, 7 (0:1), Marlos, 10 (1:1),Kostiç, 50 (1:2), Tayson, 67 (2:2) Qırmızı vərəqə: Stepanenko, 11 ("Şaxtyor")

00:00. “Viktoriya” (Çexiya) - “Dinamo” (Xorvatiya) - 2:1 Qollar:Olmo,41  (0:1), Perniça, 54 (1:1),  83 (2:1)

21:55. “Krasnodar” (Rusiya) – “Bayer” (Almaniya) - 0:0 21:55. “Qalatasaray” (Türkiyə) - “Benfika” (Portuqaliya) - 1:2 Qollar: Salvio, 27-pen. (0:1), Luyindama, 54 (1:1), Seferoviç, 64 (1:2)

21:55. “Latsio” (İtaliya) - “Sevilya” (İspaniya) - 0:1 Qol: Ben Yedder, 22

21:55. “Rapid” (Avstriya) - “İnter” (İtaliya) - 0:1 Qol: Martinez, 39-pen.

21:55. “Renn” (Fransa) – “Betis” (İspaniya) - 3:3 Qollar: Hunou, 2 (1:0), Qarsia,11-avtoqol (2:0), Lo Kelso, 32 (2:1), Ben Arfa, 45+3-pen. (3:1), Sidney, 62 (3:2), Laynez, 90 (3:3)

21:55. “Slaviya” (Çexiya) - “Genk” (Belçika) - 0:0 21:55. BATE (Belarus) - “Arsenal” (İngiltərə) - 1:0 Qol: Draqun, 45

21:55. “Olimpiakos” (Yunanıstan) - “Dinamo” (Ukrayna) - 2:2 Qollar: Hassan, 10 (1:0), Buyalsky, 28 (1:1), Dias, 40 (2:1), Verbiç,  89 (2:2)

12 fevral

21:55. “Fənərbaxça” (Türkiyə) - “Zenit” (Rusiya) - 1:0

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun