"Qalatasaray" Terimlə yeni müqavilə imzalayır

"Qalatasaray" Terimlə yeni müqavilə imzalayır
28 Fevral 2019
Mətni dəyiş

"Qalatasaray" baş məşqçisi Fatih  Terimlə yeni müqavilə imzalamağa hazırlaşır.

Türkiyə mətbatının yaydığı xəbərə görə, tərəflər arasında bununla bağlı razılıq əldə olunub. 65 yaşlı mütəxəssislə 2024-cü  ilin iyununa kimi müqavilə imzalanacağı bildirilib. Onun  illik maaşında dəyişiklik olmayacağı vurğulanıb. Türk çalışdırıcı hazırda olduğu kimi ilinə 3 milyon avro qazanacaq. Bundan başqa, onun müqaviləsində, təzminat məbləği ilə bağlı bəndin yer almayacağı da iddia olunub.

Qeyd edək ki, F.Terim 2017-ci ilin dekabrında 4-cü dəfə İstanbul klubunun baş məşqçisi təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun