Minimum əmək haqqı 180 manata olur

Minimum əmək haqqı 180 manata olur
8 Fevral 2019
Mətni dəyiş

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manat müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Hazırda ölkədə minimum əmək haqqı 130 manatdır.

Bununla “Minimum aylıq əməkhaqqının artırılması haqqında” prezidentinin 2017-ci il dekabrın 25-də verdiyi sərəncama dəyişiklik edilib.

Yeni sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

Prezident sonuncu dəfə 2017-ci il dekabrın 25-də minimum aylıq əməkhaqqını artırmışdı.

Onda 2018-ci il yanvarın 1-dən bu məbləğ 116 manatdan 130 manata qaldırılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun