"Fənərbaxça" bu sezon ilk dəfə iki ardıcıl qəbələ qazanıb

"Fənərbaxça" bu sezon ilk dəfə iki ardıcıl qəbələ qazanıb
2 Fevral 2019
Mətni dəyiş

Türkiyə Superliqasında 20-ci turun açılış oyununda "Fənərbaxça" İzmir klubu "Göztəpə"ni qonaq edib.

Oyun İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Fənərbaxça"nın qollarını Ayyu və Mozes vurub.

Bununla, Ersun Yanalın komandası bu mövsüm ilk dəfə ardıcıl ikinci matçda meydanı qalib tərk edib.

Bundan əvvəlki tur komanda "Yeni Malatyaspor"a qalib gəlmişdi - 3:2.

"Fənərbaxça" - "Göztepe" - 2:0 Qollar: Ayyu, 7, Mozes, 73 Qırmzı vərəqə: Jerom, 50 ("Göztepe") Bu qələbə ilə xalını 23-ə çatdıran "Fənərbaxça" "Göztepe"ni 1 xal geridə qoyaraq turnir cədvəlində 12-ci pilləyə yüksəlib.

Turnir cədvəlinə 41 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 35 xalla 2-ci, "Yeni Malatayaspor" 32 xalla 3-cüdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun