"Atletiko" və "Mançester Siti" qələbə qazandı

"Atletiko" və "Mançester Siti" qələbə qazandı
21 Fevral 2019
Mətni dəyiş

Fevralın 20-də Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub. Son oyun günündə də 2 matç keçirilib. "Yuventus" səfərdə "Atletiko"nun qonağı olub. Görüş Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Paralel keçirilən digər oyunda isə "Mançester Siti" "Şalke"nin qonağı olub. Matçda hesabı "şəhərlilər" açsa da, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.

İkinci hissədə meydanda azlıqda qalan Xosep Qvardiolanın komandası özünü itirməyib. 85 və 90-cı dəqiqələrdə rəqib qapısına yol tapan qonaqlar əzmkar qələbə qazanıb - 3:2.

Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları 20 fevral

00:00. "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3 Qollar: Serxio Aquero, 18 (0:1), Nabil Bentaleb, 38-pen. (1:1), 45-pen. (2:1), Leroy Sane, 85 (2:2), Rahim Sterlinq, 90 (2:3) Qırmızı vərəqə: Nikolas Otamendi, 68 ("Mançester Siti", ikinci sarı vərəqə)

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:0 Qollar: Xose Ximenes, 78, Dieqo Qodin, 83

14  fevral

"Roma" - "Portu"-  2:1

"Mançester Yunayted" - PSJ - 0:2

15  fevral

"Tottenhem" - "Borussiya"(Dortmund) - 3:0

"Ayaks"- "Real"  - 1:2

19 fevral "Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:0

"Lion" (Fransa) - "Barselona" (İspaniya) - 0:0

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun