"Qalatasaray"dan qələbə

"Qalatasaray"dan qələbə
27 Yanvar 2019
Mətni dəyiş

Türkiyə Superliqasında 19-cu turun görüşləri davam edir.

İkinci oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında "Bursaspor" və "Kayserispor" komandaları üz-üzə gəliblər. Oyunda qalib müəyyənləşməyib - 1:1.

Günün ikinci oyununda isə "Qalatasaray" səfərdə "Göztəpə"nin qonağı olub. Görüşün taleyini 1 qoll həll edib. Sinan Gümüşün 79-cu dəqiqədə vurduğu qol İstanbul klubuna qələbə qazandırıb.

Qeyd edək ki, "Qalatasaray" bu nəticədən sonra xallarının sayını 35-ə yüksəldərək, lider "Başakşəhər"ə yaxınlaşıb. "Sarı-qırmızılılar"dan 1 oyun az keçirən Abdullah Avcının komandasının hazırda 38 xalı var. Üçüncü pillədə isə 32 xalla "Yeni Malatyaspor" qərarlaşıb.

Türkiyə Superliqası, 19-cu tur 19-cu tur 26 yanvar

"Kayserispor" - "Bursaspor" - 1:1 Qollar: Y. Ərdoğan, 30 (0:1), K. Sapunaru, 48 (1:1)

"Göztəpə" - "Qalatasaray" - 0:1 Qol: Sinan Gümüş, 72

27 yanvar "Rizəspor" - "Akhisar"

"Konyaspor" - "Antalyaspor"

"Sivasspor" - "Trabzonspor"

28 yanvar "Fənərbaxça" - "Yeni Malatyaspor"

"Başakşəhər" - "Kasımpaşa"

"Ankaragücü" - "Alanyaspor"

25 yanvar "Beşiktaş" - "Ərzurumspor" - 1:1

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun