"Fənərbaxça"dan növbəti transfer

"Fənərbaxça"dan növbəti transfer
31 Yanvar 2019
Mətni dəyiş

"Fənərbaxça" heyətinə daha bir futbolçu qatıb. "NTVSpor"un yaydığı xəbərə görə, İstanbul klubu İtaliya təmsilçisi "Empoli"dən Mixa Zaytsın keçidini həll edib. Artıq Türkiyədə olan sloveniyalı yarımmüdafiəçi tibbi müayinədən sonra 4 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, "Fənərbaxça" bu keçid üçün "Empoli"yə 3 milyon avro və hazırda bu komandada icarə əsasında çıxış edən Salih Uçanı verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun