Avropa İttifaqı Ukraynaya və Gürcüstana 8 mlrd avro yardım ayırıb

Avropa İttifaqı Ukraynaya və Gürcüstana 8 mlrd avro yardım ayırıb
20 Yanvar 2019
Mətni dəyiş

Avropa Komissiyasının Trans-Avropa Nəqliyyat İttifaqının inkişafına dair sənəd dərc edib.

Sənəddə deyilir ki, Trans-Avropa Nəqliyyat İttifaqı 6 Şərq Tərəfdaşlığı ölkəsində – Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan və Azərbaycanda mühüm infrastruktur layihələrini maliyyələşdirəcək olan Avropa İttifaqının layihəsidir.

Bu barədə Jamnews xəbər hazırlayıb. Layihənin əsas məqsədi bu altı ölkədə iqtisadiyyatın yüksəlişini stimullaşdırmaqdır.

Trans-Avropa Nəqliyyat İttifaqının dəyəri ümumilikdə 13 milyard avro təşkil edir. Ən çox maliyyəni Ukrayna (4,45 milyard avro) və Gürcüstan (3,4 milyard avro) alacaq.

Trans-Avropa Nəqliyyat İttifaqı çərçivəsində Gürcüstanda 10 layihə nəzərdə tutulub və bütün bu layihələr yol, körpü və kommunikasiyaların inşasını nəzərdə tutur. Anakliya limanı ən bahalı layihədir.

Ümumilikdə sözügedən investisiya layihəsi çərçivəsində altı ölkədə uzunluğu 4 min 800 km olan dəmiryolu xətti və avtomobil magistralları inşa ediləcək, altı liman inkişaf etdiriləcək və 11 logistika mərkəzi yaradılacaq.

Avropa İttifaqının qonşuluq siyasətinə görə cavabdeh olan Avropa komissarı Yoxannes Xan bildirir ki, Trans-Avropa Nəqliyyat sisteminin investisiya planının sona çatması Avropa İttifaqı və yerli hökumətlərin müştərək öhdəliyidir və bu layihənin məqsədi region sakinləri üçün hiss olunan nəticələrin təmin olunmasıdır.

Plana görə Gürcüstanda həyata keçiriləcək layihələrin içində ən strateji və vacib olanı dərinsulu Anakliya limanının tikilməsidir. Avropa İttifaqı layihənin ikinci fazasının maliyyələşdirilməsinə 233 milyon avro ayrılıb. Bundan başqa layihədə əlavə olaraq Anakliya limanına qədər dəmiryolu xətti və avtomobil yolunun tikintisi və təmiri üçün də 100 milyon avro nəzərdə tutulub.

Trans-Avropa Nəqliyyat İttifaqı çərçivəsində Gürcüstanda 10 layihə nəzərdə tutulub və bütün bu layihələr yol, körpü və kommunikasiyaların inşasını nəzərdə tutur. Anakliya limanı ən bahalı layihədir.

Avropa İttifaqının Gürcüstanda maliyyələşdirməyə hazırlaşdığı layihələr:

  • Dərinsulu Anakliya limanının ikinci fazası – 233 milyon avro;
  • Dərinsulu Anakliya limanına qədər dəmiryolu xətti – 100 milyon avro;
  • Çumateleti-Arqveti magistralının inşası – 1 milyard avro;
  • Qriqoleti-Poti körpüsünün inşası – 25 milyon avro;
  • Qriqoleti-Kobuleti magistralının inşası – 101 milyon avro;
  • Batumini dolanan yol – 115 milyon avro;
  • Kutaisi aeroportunun yük terminalı – 61 milyon avro;
  • Rustavi-Qırmızı körpü magistralı – 115 milyon avro;
  • Alqeti-Sadaxlo layihəsi – 90 milyon avro;
  • Sadaxloda dostluq körpüsü – 6 milyon avro.

Sənəddə layihələrin iki inkişaf fazası nəzərdə tutulub – qısamüddətli hissə 2020-ci ildə sona çatmalıdır; ikinci, uzunmüddətli hissə 2030-cu ilə qədər davam etməlidir.

Anakliya layihəsi Bakı-Tbilisi-Ceyhan layihəsi ilə müqayisə olunur

[caption id="attachment_72881" align="aligncenter" width="1200"] Anakliya limanının inşa ediləcəyi əraziyə ağır texnika yerləşdirilib[/caption]

Anakliya limanı Gürcüstan üçün mühüm infrastruktur layihəsidir. Bu liman Mərkəzi Asiyadan gələn yüklərə Avropaya və əksinə yol açacaq. Gürcütsanın Anakliyada inşa edilən ilk dərinsulu limanının Türkiyə və digər region ölkələrinin limanları ilə ciddi rəqabət aparmaq iddiası var.

Ekspertlərin fikrincə, bu, hazırda Gürcüstanda həyata keçirilən əsas layihədir. Bəziləri onu əhəmiyyətinə görə Şevarnadze dövründə başladılan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə müqayisə edir.

Analitiklər Anakliya layihəsinin Gürcüstan iqtisadiyyatını əhəmiyyətli dərəcədə canlandıracağını, həmçinin ölkəyə əvvəlki nəqliyyat qovşağı əhəmiyyətini geri qaytaracağını (bu layihə müəyyən mənada İpək yolunu təkrarlayır) və Gürcüstanı nüfuzlu dəniz dövlətinə çevirəcəyini gözləyirlər. ABŞ da layihənin uğurunda maraqlıdır. Bu layihəyə Amerikanın fərdi investorları böyük məbləğlər yatırıb.

Dərinsulu Anakliya limanının inşaatının 9 fazada həyata keçirilməsi nəzərdə tutulub. Layihınin ümumi dəyəri 2.5 milyard ABŞ dolları təşkil edir və dəniz hövzəsinin 16 metr dərinləşdirilməsini nəzərdə tutur.

İlk faza 2020-ci ildə başa çatacaq. Məhz 2020-ci ildə Anakliya ilk gəmini qəbul edəcək. Layihənin birinci fazası sona çatandan sonra Gürcüstan Panamaks və Postpanamaks tipli 10 min konteynerli (TEU) gəmi qəbul edə biləcək. Bu gün Gürcüstanın heç bir limanı – nə Batumi, nə Poti bu gəmiləri qəbul edə bilmir.  

Plana əsasən, 2021-ci ildə Anakliya limanı 1 milyon TEU konteyneri və 1.5 milyon ton quru qabsız yük ötürə biləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun