“Ronaldonun “Real”dan gedəcəyini düşünmürdüm”

“Ronaldonun “Real”dan gedəcəyini düşünmürdüm”
6 Sentyabr 2018
Mətni dəyiş

“Çelsi”nin hücumçusu Alvaro Morata Kriştianu Ronaldonun “Yuventus”a keçidi barədə danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan forvard transferin onun üçün gözlənilməz olduğunu vurğulayıb:

“Ronaldonun “Real”dan gedəcəyini düşünmürdüm. Onun müqaviləsini uzadacağını gözləyirdim. “Yuventus”un meneceri ilə danışdım və o bildirdi ki, həqiqətən də bu keçid reallaşacaq.

Ronaldonun “Real”dan gedişinin səbəbini bilmirəm. Düşünmürəm ki, onun komanda yoldaşları ilə münasibəti pis olub və bu səbəbdən də klubunu dəyişib. Yəqin ki, Kriştianu gələcəkdə həqiqəti açıqlayacaq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun