''Qarabağ'' klubu Portuqaliyada məğlub oldu

''Qarabağ'' klubu Portuqaliyada məğlub oldu
21 Sentyabr 2018
Mətni dəyiş

Avropa Liqasının 2018-2019-cu illər mövsümü üçün qrup mərhələsinin ilk oyununda Azəbaycanın son 5 ilinin çempionu “Qarabağ” klubu Lissabonda “Sportinq” klubu ilə görüşüb.

Oyun 2:0 hesabı ilə portuqalların xeyrinə başa çatıb.

“Sportinq”dən başqa komandamızın qrupda rəqibləri İngiltərənin “Arsenal”, Ukraynanın “Vorskla” klublarıdır. İngilislər parallel keçirilən oyunda ukraynalılara 4:2 hesabı ilə qalib gəliblər.

“Qarabağ” növbəti oyunu Bakıda, “Arsenala” qarşı keçirəcək. Matç oktyabrın 4-ə təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun