Kolumbiyada Falkaoya heykəl qoyuldu

Kolumbiyada Falkaoya heykəl qoyuldu
22 Sentyabr 2018
Mətni dəyiş

“Monako"nun kolumbiyalı futbolçusu Radamel Falkaoya doğma şəhəri Santa-Martedə heykəl qoyulub. Qol.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə,  6 metrlik abidə ağ rəngdədir. Onun hazırlanmasına 3 milyon dollardan çox pul xərcləndiyi bildirilir. Maraqlıdır ki, heykəl Falkaoya heç bənzəmir.

Qeyd edək ki, 32 yaşlı forvard Kolumbiya millisində 79 oyuna çıxıb və 31 qol vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun