Ardıcıl 14 mövsüm ÇL-də qol vuran ikinci futbolçu - Messi

Ardıcıl 14 mövsüm ÇL-də qol vuran ikinci futbolçu - Messi
19 Sentyabr 2018
Mətni dəyiş

“Barselona”nın hücumçusu Lionel Messi Çempionlar Liqasının ilk turunda PSV ilə oyunda het-trik etməklə komandasının 4:0 hesablı qələbəsində böyük rol oynayıb. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, argentinalı forvard ÇL-in tarixində 14 mövsüm turnirdə qol vuran sayca üçüncü futbolçudur. Ona qədər bu nəticəyə Rayan Giqqz (16) və Raul (15) imza atıblar. Messi eləcə də ardıcıl 14-cü mövsüm bu yarışda qol sevinci yaşayan ikinci futbolçudur. O, Raulun nəticəsini təkrarlayıb. “Barselona” isə sayca dördüncü komandadır ki, 2 dəfə ÇL-də mövsümün ilk qolunu vurub. Kataloniya klubuna qədər bu nəticəyə “Ayaks”, PSJ və “Spartak” imza atıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun