"Amazon" dünyada ikinci oldu

"Amazon" dünyada ikinci oldu
8 Sentyabr 2018
Mətni dəyiş
Bu gün "Amazon" dünyada bazar dəyəri (market capitalization) 1 trilyon dolları aşan ikinci şirkət oldu. "Apple" avqustun 2-də bu həddi keçmişdi. 2017-ci ilin yekunlarına əsasən 170 dövlətin Ümumi Daxili Məhsulunun həcmi 1 trilyon dollardan az olub. "Apple" və "Amazon"un dəyərindən daha artıq həcmdə ÜDM-ə sahib olan ölkələr bunlardır: ABŞ, Çin, Almaniya, Yaponiya, Britaniya, Fransa, Hindistan, Avstraliya, Braziliya, İndoneziya, Cənubi Koreya, İspaniya, İtaliya, Kanada, Meksika və Rusiya.
Bir trilyon dollar ÜDM səviyyəsinə çatan yeganə müsəlman ölkəsi İndoneziyadır. "Amazon" 1994-cü ildə yaradılıb. 1997-ci ildə bazar kapitalizasiyası 1 milyard dollar idi. "Amazon"un sahibi Jeff Bezos ilə prezident Trampın münasibətlərinin soyuq olmasını da qeyd etmək yerinə düşər. Bezos Trampı ən çox tənqid edən "The Washington Post" qəzetinin sahibidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun