Türkiyəni tələsdirən borclar

Türkiyəni tələsdirən borclar
25 Avqust 2018
Mətni dəyiş

Məhəmməd Talıblı

Türkiyədə milli valyutasının dəyər itirməsindən sonra ən böyük risk doğrası amil kimi ölkənin xarici borclanması ilə bağlı narahatlıqlardır. Rəsmi məlumatlara görə, Türkiyənin xaricdən cəlb etdiyi kreditlərin həcmi (rəsmi olaraq 466 mlrd.) yuvarlaq olaraq isə 500 milyard dollar təşkil edir ki, bunun da 310 milyard dolları özəl sektorun payına düşür, 130 milyard isə dövlət şirkətlərinin zəmanətlə aldıqları kreditlərdir. Bu böyük yükdürmü? Dünyada iri süpergüclərin trilyonlar borcları var. ABŞ (22 trln.) və Yaponiya (12 trln.) başda olmaqla iki rəqəmli borcları var. Almaniya və İngiltərənin 2,5 trln., Fransanın 2,8 trln., Hindistanın 2 trln., İspaniya və Kanada kimi dövlətlərin 1,5 trln. dollar səviyyəsində xarici borcları vardır. Bunlar təsəlli üçün deyil. Həmin ölkələrin böyük həcmli ÜDM-i var. Türkiyənin isə xarici borcunu iqtisadi normalar baxımdan yanaşanda, bu xarici borcun səviyyəsi təhlükəli həddədir. (ÜDM-40%-in keçir) Lakin indiki halda bu təhlükənin ən pis tərəfi bunlardır: • Alınmış kreditlər dövlət satınalmaları üçün sərf edilib və iri investisiya layihələri maliyyələşdirilib. (beton yollar, iri aeroport, inzibati binalar və s) • Bu layihələr əsasən dəyər yaratmayan sahələrə xərclənməklə istehsal təyinatı olmayan, istehlak və idxal ehtiyaclarının qarşılanması üçün edilib. • Ən pisi isə odur ki, alınmış kreditlərin qaytarılması dövrləri çox yaxınlaşıb. Necə deyərlər, borc qapının ağzını kəsib. Təkcə 2018-ci ildə 235 milyard dollarlıq xarici borc qaytarmalıdır.

Türkiyə iqtisadiyyatı elə qurulub ki, o davamlı daxili maliyyə qaynaqlardan məhrum vəziyyətindədir. O bir iqtisadi orqanizm olaraq hansısa impulslar hesabına qidalanmalıdır. Kredit reytinq agentliyi “Fitch”in hesablamalarına görə, Türkiyənin təkcə 2018-ci ildə ümumi maliyyə ehtiyacları 230 milyard dollardan artıqdır. Borclar maliyyələşməli və yeni borcları isə daha rentabelli layihələrə sərf etməklə valyuta ehtiyatları yaratmaq imkanı qazanılmalıdır.

Türkiyə iqtisadiyyat üçün kreitləri həm Avropa ölkələrindən (İspaniya, İtalya), həm Qərb (BVF, ABŞ) dünyasından kreditlər alırdı. AKP iqtidarı zamanı çoxsaylı problemlərin həlli ilə yanaşı, xarici borclanma hesabına populizmə xidmət edən və türk qardaşlarımız demiş, komuoyuna hesablanmış parıltılı projelərə də az vəsait xərcləmədi. İndiki ağır borclanmada sabaha yox, bu günə daha işləmək niyyətləri açıq sezildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun