Bütün bunlar göstərir ki, Avropa və bütünlükdə Qərb ilk növbədə öz maraqlarını güdür

Bütün bunlar göstərir ki, Avropa və bütünlükdə Qərb ilk növbədə öz maraqlarını güdür
21 İyul 2018
Mətni dəyiş
Bu həftə İtaliya prezidentinin Bakıya və Azərbaycan dövlət başçısının Parisə səfərlərini rəsmi Bakının aktivinə yazmaq olar. Bu səfərlər Qərbdən Azərbaycanda insan hüquqları məsələsində dəstək gözləməyin əbəs olduğunu göstərib. Bu fikri "Turan"a iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Bu həftə Azərbaycana rəsmi səfərə gələn İtaliya prezidenti Sercio Matarella İtaliya ərazisində TAP qaz kəmərinin tikintisi ilə bağlı bütün məsələləri aradan qaldırıb. Bundan başqa, onun səfərinə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların açılması nöqteyi-nəzərdən baxmaq lazımdır. Birgə biznes forumda İtaliya şirkətləri Azərbaycanda birbaşa investisiyalara cəlb edilib və öz sərmayələri üçün etibarlı təminat alıb. İlham Əliyevin Parisə səfəri daha böyük maraq doğurub. Səfər ərəfəsində Fransanın Azərbaycana silah ixracına qoyulmuş embarqonu ləğv etdiyi haqqında məlumatlar yayılıb. Səfərin məqsədlərindən biri, çox güman ki, məhz hərbi əməkdaşlıq məsələləri idi. Qarabağ münaqişəsi də müzakirə olunub, həmçinin, işgüzar dairələrin nümayəndələri ilə ciddi görüşlər keçirilib. "Bütün bunlar göstərir ki, Avropa və bütünlükdə Qərb ilk növbədə öz maraqlarını güdür. Buna görə Avropadan kiminsə durub Azərbaycanda hüquqları müdafiə edəcəyini gözləmək əbəsdir. Dünya daha praqmatik düşünür", deyə Cəfərli bildirib. Digər tərəfdən, bu görüşlər (Azərbaycan dövlət başçısının Fransa və İtaliya prezidentləri ilə görüşləri) Azərbaycan hökumətinin bu ölkələrin dəstəyini aldığını göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun