Türkiyədə dolların məzənnəsində yeni rekord qeydə alınıb

Türkiyədə dolların məzənnəsində yeni rekord qeydə alınıb
8 May 2018
Mətni dəyiş

Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi öz yeni rekorduna çatıb.

Abzas.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər verib.

Belə ki, Türkiyədə ABŞ dollarının məzənnəsi 4,2942 lirəyə çataraq indiyə qədər olan ən yüksək həddinə çatıb.

Dolların bundan öncəki rekordu 4,2901 lirə səviyyəsində müəyyən olunmuşdu.

Dollarla bərabər Türkiyədə avro də bahalaşmaqda davam edir. Bu gün, müəyyən aralıqda 1 avro 5.11 lirəyə bərabər olub.

Avronun bundan öncəki rekordu 5,194 lirə səviyyəsində qeydə alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun