Vaxtı keçmiş kreditlər artmaqda davam edir

Vaxtı keçmiş kreditlər artmaqda davam edir
9 Aprel 2018
Mətni dəyiş

Bu il martın 1-də ölkədə problemli kreditlər 1 mlrd. 700.9 mln. manata bərabər olub.

Bu barədə bu gün, aprelin 9-da Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumatda bildirilir. Bu, fevralın 1-i ilə müqayisədə 0.3 çoxdur. Həmin vaxt vaxtı keçmiş kreditlər 1 mlrd. 695.9 mln. manat təşkil edib. Ötən il isə bu rəqəm 1 mlrd. 556.4 mln. manata bərabər olub.

2015-ci ildə manat iki dəfə devalvasiyaya məruz qalıb. Nəticədə milli valyuta dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra problemli kreditlər mövzusu aktuallaşıb.

Bankların kredit qoyuluşu azalır AMB-nin yaydığı məlumata görə, bankların kredit qoyuluşu da azalmaqdadır. Bu il martın 1-də bu rəqəm 11 mlrd. 561.1 mln. manat təşkil edib. Bir ay əvvəl isə bu rəqəm 11 mlrd. 656.1 mln. manata bərabər olub. Bir il ərzində bu sahədə azalma daha kəskindir. 2017-ci ilin əvvəlində bu, 16 mlrd. 705.2 mln. manat olub.

Ölkədə pul bazası isə həm aylıq, həm də illik artmaqdadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun