Azərbaycan buğda idxalını 54 faiz artırıb

Azərbaycan buğda idxalını 54 faiz artırıb
13 Aprel 2018
Mətni dəyiş

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 55 mln. 220,27 min ABŞ dolları dəyərində 316 131,69 ton buğda idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 110 858,94 ton və ya 54,0% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 16 mln. 995,31 min dollar və ya 44,46% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 38 mln. 224,96 min dollar dəyərində 205 min 272,75 ton buğda idxal edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun