2018-ci ildə ARDNF 663,2 mln. dollar satıb

2018-ci ildə ARDNF 663,2 mln. dollar satıb
5 Mart 2018
Mətni dəyiş

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fevral ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

Bu barədə ARDNF mətbuat xidməti məlumat verib.

Bildirilir ki, 2018-ci ilin fevral ayı ərzində Fond valyuta hərraclarında 364,1 mln. ABŞ dolları məbləğində vəsait satıb.

Beləliklə, 2018-ci ilin ilk iki ayı ərzində ARDNF ümumilikdə 663,2 mln. dollar satıb. Belə ki, yanvar ayında ARDNF tərəfindən valyuta hərraclarında 299,1 mln. dollar məbləğində vəsait satılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun