"Fitch" Azərbaycan üzrə proqnozu açıqlayıb

"Fitch" Azərbaycan üzrə proqnozu açıqlayıb
3 Fevral 2018
Mətni dəyiş
"Fitch Ratings" beynəlxalq reytinq agentlyi Azərbaycan üzrə proqnozu "mənfi"dən "stabil" dərəcəsinədək yüksəldib. Agentliyin yeni hesabatına əsasən, emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi "BB+" səviyyəsində təsdiq edilib.

Agentlik reytinq üzrə proqnozun yüksəltməsinə səbəb kimi, 2016-cı ildə 2 illik turbulentlikdən sonra makro-iqtisadi sabitliyin əldə olunması, neft qiymətlərinin tədricən bərpa edilməsi və manatın məzənnəsinin sabitləşməsini əsas gətirib. Məzənnənin sabitləşməsi 2017-ci ilin aprel ayından başlayaraq inflyasiya təzyiqini azaltmağa imkan verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun