Avtomobil idxalı 2,1 dəfə artıb

Avtomobil idxalı 2,1 dəfə artıb
19 Fevral 2018
Mətni dəyiş

Yanvar ayında Azərbaycana təxminən 1 min nəqliyyat vasitəsi gətirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur, deyə Dövlət Gömrük Komitəsi məlumat verir.

Ay ərzində rəsmi nümayəndələr və dilerlər 908 avtomobili gömrükdə rəsmiləşdirib. Bu, 2017-ci ilin yanvarındakından 488 ədəd çoxdur. İdxal olunan minik avtomobillərinin sayının artması aksiz dərəcələrinin artması fonunda baş verib. Xaricdən 73 yük maşını idxal edilib. Bu, keçən ilin göstəricisindən 32 ədəd çoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun