UEFA-dan “Qalatasaray”a 34,2 milyon avro

UEFA-dan “Qalatasaray”a 34,2 milyon avro
13 Dekabr 2018
Mətni dəyiş

Çempionlar Liqasında mübarizəni dayandıran “Qalatasaray”ın turnirdən əldə etdiyi gəlir açıqlanıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, İstanbul nəhənginin qitənin ən nüfuzlu klub turnirindən ümumi gəliri 34,2 milyon avro təşkil edib.

“Sarı-qırmızılılar” göstərilən məbləğin 15,25 milyonunu ÇL-də iştiraka, 5,76 milyonunu qrup mərhələsindəki nəticələrinə, 7,5 milyonunu teleyayıma, yerdə qalan hissəsini isə digər marketinq gəlirlərinə görə əldə edib. Qeyd edək ki, “Portu”, “Şalke” və Moskva “Lokomtiv”i ilə D qrupunda yer alan “Qalatasaray” 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offunda oynamaq hüququ qazanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun