Afrika Çempionlar Liqasının qalibi müəyyənləşib

Afrika Çempionlar Liqasının qalibi müəyyənləşib
10 Noyabr 2018
Mətni dəyiş

Tunisin "Esperans" klubu tarixində üçüncü dəfə Afrika Çempionlar Liqasının qalibi olub.

Məlumata görə, "sarı-qırmızılar" finalın cavab görüşündə Misirin "Əl-Əhli" komandasını 3:0 hesabı ilə yenib. İlk qarşılaşmada "Əl-Əhli" 1:0 hesabı ilə qalib gəlsə də, iki oyunun yekununda "Esperans" üstün olaraq, bu turnirdə ölkəsinin ən titullu klubuna çevrilib. Bunadək Tunis təmsilçisi 1994 və 2011-ci illərdə də nüfuzlu kuboku qazanıb.

Qeyd edək ki, indiyədək Afrika Millətlər Kubokuna hamıdan çox - 8 dəfə "Əl-Əhli" yiyələnib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun