"Real"da növbəti ciddi itki

"Real"da növbəti ciddi itki
30 Oktyabr 2018
Mətni dəyiş

"Real"ın futbolçusu Rafael Varan zədələnib.

Fransalı müdafiəçinin La Liqanın 10-cu turunda "Barselona" ilə matçda zədələndiyi məlum olub. Onun məhz bu səbəbdən ikinci hissədə əvəzləndiyi vurğulanıb. Ayaq əzələsindən zədə alan Varanın bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, bundan əvvəl "Real"ın daha bir müdafiəçisi Marselonun iki həftə oynamayacağı açıqlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun