"Real"da ciddi itki

"Real"da ciddi itki
2 Oktyabr 2018
Mətni dəyiş

"Real"ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda SSKA ilə oyunu buraxacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb uelsli hücumçunun zədəli olmasıdır. La Liqanın 7-ci turunda "Atletiko" ilə matçda (0:0) zədələnən Q.Beylin SSKA ilə görüşə kimi hazır olmayacağı müəyyənləşib.

Xatırladaq ki, SSKA - "Real" matçı sabah keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun