“Real Madrid”in baş məşqçisi futbolçularla vidalaşıb

“Real Madrid”in baş məşqçisi futbolçularla vidalaşıb
29 Oktyabr 2018
Mətni dəyiş

İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Xulen Lopetegi La Liqanın 10-cu turunda “Barselona”ya 1:5 hesablı məğlub olduqları oyundan sonra futbolçularıla vidalaşıb.

52 yaşlı mütxəssis hər ehtimala qarşı onlarla sağollaşmağı lazım bildiyini söyləyib. Bildirilir ki, “Real Madrid” bu gün Bakı vaxtı ilə saat 16:00-da italiyalı Antonio Konteni komandanın yeni baş məşqçisi qismində ictimaiyyətə təqdim edəcək.

Bu il iyunun 15-dən “Real Madrid”ə rəhbərik edən Xulen Lopetegi 2018-ci il dünya çempionatı ərəfəsində İspaniya yığmasından qalmaqalla ayrılıb. “Kral klubu” hazırda La Liqada 14 xalla 9-cu pillədə qərarlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun