"Real" məğlub olub

"Real" məğlub olub
7 Oktyabr 2018
Mətni dəyiş
Madridin "Real" klubu futbol üzrə İspaniya çempionatının 8-ci turunda "Alaves"ə məğlub olub. “Report” xəbər verir ki, Viktoriya şəhərinin "Mendisorrosa" stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 95-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi yarımmüdafiəçi Manu olub. "Real" bu məğlubiyyət sayəsində İspaniya çempionatının artıq ardıcıl üç oyununda xal itirib. Bundan əvvəl Xulen Lopeteqinin yetirmələri "Atletiko" ilə heç-heçə (0:0) edib və "Sevilya"ya uduzub (0:3). Hazırda "Real" 14 xalla Primeronun turnir cədvəlində ikinci pillədə qərarlaşıb, "Alaves" isə (14) üçüncüdür. İspaniya Primerosu. 8-ci tur "Alaves" – "Real" - 1:0 Qol: 1:0 – Manu – 90+5

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun