“Çelsi” qələbə qazandı, “Arsenal” xal itirdi

“Çelsi” qələbə qazandı, “Arsenal” xal itirdi
29 Oktyabr 2018
Mətni dəyiş

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları davam edir. Qol.az-ın məlumatına görə, bu gün daha iki görüş keçirilib.

“Çelsi” səfərdə “Bernli” ilə qarşılaşıb. Görüş London klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0. Digər oyunda isə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Arsnel” “Kristal Palas”ın qonağı olub. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.

28 oktyabr

“Bernli” – “Çelsi” – 0:4 Qollar: Morata, 22, Berkli, 57, Villian, 62, Loftus-Çik, 90+2 “Kristal Palas” – “Arsenal” – 2:2 Qollar: Milivoyeviç, 45+1 (1:0), Çaka, 51 (1:1), Obameyanq, 56 (1:2), Milivoyeviç, 83 (2:2)

Qeyd edək ki, turnir cədvəlinə 26 xalla “Liverpul” başçılıq edir. “Çelsi” 24 xalla 2-ci, “Mançester Yunayted” isə 23 xalla 3-cüdür. 4-cü pillədə olan “Arsenal”ın 22 xalı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun