“Beşiktaş” 4 futbolçusu ilə yolları ayırır

“Beşiktaş” 4 futbolçusu ilə yolları ayırır
25 Oktyabr 2018
Mətni dəyiş
Türkiyənin “Beşiktaş” klubu 4 futbolçusu ilə yolarını ayırmağa hazırlaşır. Qol.az-ın “Hürriyət”ə istinadən yaydığı məlumata görə, İstanbul təmsilçisi Vagner Lav, Kayl Larin, Enzo Roko və Adriano Korreanın satışından gəlir əldə etməyi planlaşdırır.
Yeni mövsümdə hələlik istədiyi nəticəni qazana bilməyən “ağ-qaralar" yaxşı təklif gələcəyi halda Rikardo Kuarejmanı da komandadan göndərəcək. Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superliqasında 9 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun