"Barselona" "Real"ı 5:1 hesabı ilə məğlub edib

"Barselona" "Real"ı 5:1 hesabı ilə məğlub edib
29 Oktyabr 2018
Mətni dəyiş

Bu gün İspaniya La Liqasında 2018-2019 mövsümünün ilk "El-Klassiko"su keçirilib. 10-cu turda  “Barselona” əzəli rəqibi “Real”ı qəbul edib.

“Nou Kamp”da  keçirilən görüş Kataloniya klubunun inamlı qələbəsi ilə başa çatıb – 5:1.

Maraqlıdır ki, uzun fasilədən sonra "El-Klassiko" ilk dəfə Kriştiano Ronaldo və Lionel Messisiz oynanılıb. Birinci məlum səbəbə görə oynamayıb, ikinci zədəsinə görə görüşü buraxıb.

Qeyd edək ki, bu qələbə sayəsində xalını 21-ə çatdıran “Barsa” liderliyi ələ keçirib.  "Real" isə 14 xalla 9-cudur.

28 oktyabr

İspaniya La Liqası, 10-cu tur “Barselona” – “Real” – 5:1 Qollar: Koutinyo, 11 (1:0), Suarez, 30 (2:0), Marselo, 50 (2:1), Suarez, 75 (3:1), 83 (4:1), Vidal, 87 (5:1)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun