Şəki İpək kombinatı işini dayandırıb

Şəki İpək kombinatı işini dayandırıb
30 Yanvar 2018
Mətni dəyiş

Şəki İpək kombinatı fevralın 1-dən işini müvəqqəti dayandırıb.

Hələ yanvarın 15-dən 250 işçi öz hesablarına məzuniyyətə göndərilib. "Şəki İpək" ASC rəhbərliyi faktı "Turan" İA-ya təsdiq edib.

Müəssisədə hazır məhsulların - xam ipək parçanın satışı ilə bağlı problemlər yaşayır. Məhsulların bəziləri İran və Türkmənistana satılır. Məhsulların böyük hissəsi yüksək maya dəyərinə görə anbarlarda yığılıb qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun