Rəşad Sadıqovun debütü “Alanyaspor”a qarşı olacaq

Rəşad Sadıqovun debütü “Alanyaspor”a qarşı olacaq
12 Yanvar 2018
Mətni dəyiş

Azərbaycan U-21 milli komandası Antalya toplanışı çərçivəsində daha bir yoldaşlıq görüşü keçirəcək. Yığmamız Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası ilə qarşılaşacaq.

Yanvarın 16-da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu, Rəşad Sadıqovun U-21-də ilk matçı olacaq.

Qeyd edək ki, yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun