Ət idxalı ötən il 92 faiz artıb

Ət idxalı ötən il 92 faiz artıb
12 Yanvar 2018
Mətni dəyiş

Gömrük Komitəsi 2017-ci ilin yanvar-noyabr aylarında idxal üzrə məlumatları yayıb.

2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-noyabr aylarında təzə meyvə idxalı 2,5 faiz, çay – 4,7 faiz, quş əti və onun əlavə məhsulları – 2,2 faiz, mal əti – 92,1 faiz, siqaret – 9,9 faiz, polad prokatı – 9,0 faiz, minik avtomobilləri – 2,0 dəfə, hesablama maşınları, blok və qurğuları – 52,6 faiz, rezin şinlər – 31,5 faiz, qara metallardan çubuqlar – 11,4 faiz, mineral gübrələr – 19,6 faiz, qara metallardan künclüklər ­– 23,1 faiz, paltaryuyan maşınlar – 67,5 faiz, məişət kondisionerləri – 23,8 faiz, yük avtomobilləri – 2,2 dəfə, avtobuslar – 2,1 dəfə artmış, buğda idxalı isə 22,2 faiz, xam şəkər və şəkər – 2,6 faiz, bitki yağları – 4,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 7,4 faiz, kartof – 10,7 faiz, təzə tərəvəz – 43,7 faiz, qara metallardan borular – 47,4 faiz, mebel – 19,2 faiz, polietilen – 8,7 faiz, sement və sement klinkerləri – 92,5 faiz, məişət soyuducuları – 16,4 faiz azalmışdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun